SOCAR-ın müəssisələrinə məxsus boru kəmərlərinin keçdiyi yeraltı tuneldə
"Heydər Əliyev adına Hava limanına gedən avtomobil yolunun Bakı olimpiya stadionunun qarşısından keçən hissəsində SOCAR-ın müəssisələrinə məxsus boru kəmərlərinin keçdiyi yeraltı tuneldə drenaj sisteminin quraşdırılması" obyekti üzrə boru xətlərinin ətrafına metal qəfəsin quraşdırılma işləri başa çatdırılmışdır.
Metal qəfəsin quraşdırılma işləri zamanı, metal karkasın dayaqların qurulması, metal çərçivələrin düzəldilməsi, çərçivələrdən qoruyucu konstruksiyanın qəfəsin düzəldilməsi, bünövrə altı torpağın götürülməsi və çınqıldan hazırlıq qatı, perimetr boyu çərçivələrin altının beton bünövrə kəmərin düzəldilməsi, metal konstruksiyaların pasdan təmizlənərək antipasla boyanması, sintetik yağlı boya ilə boyanması, metal çərçivəli torlu qapının düzəldilməsi və quraşdırılması və sahəyə qəfəsliyin içinə çınqıl qatının verilməsi(10sm) işləri qrafik üzrə vaxtında və keyfiyyətli şəkildə təhvil verilmişdir.
Sifarişçi: Heydər Əliyev adına Neft Emalı Zavodu