Şirkətimiz Sumqayıt Neft Terminalı Sahəsində (NTS) aparılan infrastruktur layihəsi çərçivəsində, tutumu 5 000 ton olan yeni neft (neft məhsulları) rezervuarının tikintisini uğurla tamamlamışdır. Bu mühüm sənaye obyekti terminalın saxlama gücünü artırmaq və logistik proseslərin kəsintisizliyini təmin etmək üçün nəzərdə tutulub. Tikinti işləri ən yüksək beynəlxalq keyfiyyət və sənaye təhlükəsizliyi standartlarına uyğun olaraq, «sıfırdan» həyata keçirilmişdir. SOCAR-ın sifarişi ilə icra edilən bu layihə şirkətimizin mürəkkəb sənaye obyektlərinin inşasındakı peşəkarlığının növbəti sübutudur.
Copyright 2026 | Bütün hüquqlar qorunur.