Şirkətimiz“Shalset Group” MMC, SOCAR-ın (Qaz İxracı İdarəsi – “Azəriqaz” İstehsalat Birliyi) sifarişi ilə və baş podratçı “CənubQazTəchizatServis” MMC ilə əməkdaşlıq çərçivəsində subpodratçı qismində azad edilmiş ərazilərdə magistral qaz boru kəmərlərinin inşasını həyata keçirmişdir. Layihə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin qaz təchizatı infrastrukturunun bərpasına və əhalinin etibarlı təbii qazla təminatına xidmət edir.
Layihə çərçivəsində diametri 530 mm və 325 mm olan polad borulardan istifadə olunmaqla bir neçə magistral kəmər inşa edilmişdir: “Horadəz–Laçın” (təxminən 177 km, Cəbrayıl, Zəngilan, Mincivan, Qubadlı və Laçına çıxarışlarla), “Böyük Bəhmənli–Şuşa” (təxminən 103 km, Füzuli və Ağoqlana çıxarışlarla), “Azadqaraqoyunlu–Ağdam” (530 mm, 31,3 km) və “Ağdam–Kəlbəcər” (530 mm, 132,5 km) kəmərləri.
Görülən işlərə torpaq işləri və xəndəklərin qazılması, böyük diametrli polad boruların qaynaq edilməsi və döşənməsi, boruların izolyasiyası və qorunması, qaz paylaşdırıcı stansiyaların (QPS) quraşdırılması, həmçinin kəmər sahələrinin sınaqdan keçirilməsi və təhvil verilməsi daxildir. Bütün işlər yüksək beynəlxalq keyfiyyət və sənaye təhlükəsizliyi standartlarına uyğun olaraq icra edilmişdir.
Copyright 2026 | Bütün hüquqlar qorunur.