+994 12 493 36 84
Baz. ert. - Cümə 09:00 - 18:00
Bakı, Nizami küç. 196

SOCAR Petroleum” QSC-nin Ucar və Şirvan şəhərlərindəki NBS-lərin ərazisində həcmi 2000 m³ olan çənlərin tikinti-quraşdırma işləri

irkətimiz “Shalset Group” MMC, “SOCAR Petroleum” QSC-nin sifarişi ilə Ucar və Şirvan şəhərlərində yerləşən neft bazası stansiyalarının (NBS) ərazisində həcmi 2000 m³ olan şaquli polad çənlərin tikinti-quraşdırma işlərini icra etmişdir. Layihə yanacağın qəbulu, saxlanması və paylanması üçün stansiyaların tutum imkanlarının artırılmasına və etibarlı fəaliyyətinə xidmət edir.

Çən dibinin hazırlanması və yerləşdirilməsi, çən konstruksiyalarının obyektə çatdırılması, xüsusi texnika vasitəsilə qaldırılaraq quraşdırılması, qaynaq və kəsmə işləri də daxil olmaqla bütün işlər şirkətimizin öz qüvvələri, texnikası və mütəxəssisləri ilə həyata keçirilmişdir. İşlər fəaliyyətdə olan stansiyaların ərazisində, yüksək sənaye təhlükəsizliyi və keyfiyyət standartlarına uyğun şəkildə aparılmışdır.