Şirkətimiz tərəfindən görüləcək işlər;
Heydər Əliyev adına Neft Emalı zavodun 4№ li istehsalatının 43№-li qurğusunun H=120 metr olan
mövcud metal tüstü borusunun təmir işlərindən ibarətdir. İşlərin yerinə yetirilməsi üçün obyekt də
tüstü borusunun hündürlüyü boyunca " skaffald tipli " ayaqaltılar quraşdırılır. Yüklərin
qaldırıb-endirilməsi üçün qaldırma gücü 5 ton olan elektrikli qaldırıcı qurğu (Lebyodka) quraşdırılır.
Qaynaq olunan qalınlığı 6 mm olan metal vərəqlər tələb olunan ölçülərə uyğun olaraq
sex şəraitində hazırlanır və hissə-hissə lazımı səviyyələrə qaldırıcı qurğunun vasitəsi ilə səbətdə qaldırılır.
Qaynaq işləri, hündürlükdə işləmək üçün xüsusi icazəsi olan səriştəli qaynaqçılar tərəfindən yerinə yetirilir.
İşlərin yerinə yetirilməsi üçün bütün təhlükəsizlik tədbirləri qabaqcadan yüksək səviyyədə nəzərdə tutulur.
Copyright 2025 | Bütün hüquqlar qorunur.