"Azərikimya" İB-nin “Etilen-polietilen” zavodu
"Azərikimya" İB-nin “Etilen-polietilen” zavodunun 26 saylı “Su təchizatı, su soyutma və kanalizasiya” sahəsinin məşəl qurğusunun əsaslı təmiri işləri başa çatdırılıb.
H = 120m-lik məşəl qurğusunun əsaslı təmir zamanı görülən işlərin ardıcıllığı:
- Məşəl qülləsində metal səthlərin təmizlənməsi və rənglənməsi üçün 2 ədəd elektriklə işləyən səbətin quraşdırılması və istifadə edilməsi.
- Məşəl qülləsində avadanlıqların, metal konstruksiyanın və boyaların qaldırılıb-endirilməsi üçün 2 ədəd yerdən idarə olunan elektriklə işləyən lebyotkanın quraşdırılması və istifadə edilməsi.
- Məşələ qalxan pilləkən və xidməti meydançaların təmiri habelə xidmət meydançası və pilləkənin dəyişdirilən hissələrinin yerə endirilməsi, yeni quraşdırılacaq metal konstruksiyanın qaldırılması.
- Məşəl qülləsində tac başlığının sökülüb yenisi ilə əvəz edilməsi, yəni 120m hündürlükdən sökülmüş tac başlığının yerə endirilməsi və yenidən 120m hündürlüyə qaldırılaraq quraşdırılma işlərinin görülməsi.
- Məşələ gedən 12 atm buxar xəttinin sökülməsi və quraşdırılması.
- Məşəl qülləsinin metal karkasının metal konstruksiyasının çürümüş yerlərinin dəyişdirilməsi, dəyişdirilən metal karkasın borularının yerə endirilməsi və yeni quraşdırılacaq boruların qaldırılması.
- Məşəl qülləsində metalkonstruksiyasının və borularının səthinin korroziyadan və köhnə boyadan təmizlənməsi, 70 mikron qalınlığında Epoksi-Poliamid tərkibli qalın qat astar boya ilə rənglənməsi (Epoksi-Poliamid tərkibli qalın qat astar boya, sərtləşdirici və tiner daxil)
- Məşəl qurğusunda metalkonstruksiyasının və borularının səthinin 2 qat ümumi qalınlığı 100 mikron olmaqla iki komponentli, Akrilik-Poliizosiyanat əsaslı çox parlaq qırmızı rəng sonqat boya ilə rənglənməsi (qırmızı və ağ rəng).
Sifarişçi: SOCAR “Azərkimya” İstehsalat Birliyi